Yumurtadan çıxan tırtılın
inkişafı 20-25 gündə başa çatır və onlar bitki üzərində pup halına keçir, 10-15 gündən sonra puplardan
yetkin kəpənəklər uçur. İl ərzində 3-4 nəsil verir. Zərərvericinin əsasən tırtılları zərər vurur. Tırtıllar
kələmin yarpaqlarının lətli hissəsini tamamilə yeyir. Belə zədələnmiş yarpaqlar quruyur və baş bağlaya
bilmir.
Mübarizə tədbirləri
- Alaq otları məhv edilməlidir.
- Təbiətdə olan apanteles tüfeylisi tırtılların məhv edilməsində fəal iştirak edir. Bəzi illərdə
tırtılların tüfeyli tərəfindən yoluxması 70-90% -ə qədər olur.
- Kimyəvi mübarizə kələm baş bağlayana qədər aparılmalıdır.
- Xəstəlik törədən mikrobioloji preparatlardan entobakterin - 3-4 kq/ha, baverin - 3 kq/ha və
dendrobasilin - 100 preparatından 1 kq/ha suspenziyaları ilə çiləmə aparılmalıdır.
- Kimyəvi mübarizədə proclaim (təsiredici maddə emamektin benzoat) 0,2-3,3 kq/ha gözləmə müddəti 7 gün
olmaqla 2 dəfə çiləmə aparılır. Bu preparat kələm güvəsi, kələm sovkası, kələm və ağ turp kəpənəyi
ilə mübarizədə istifadə edilir.
Şəkil 5.30. Kələm ağ kəpənəyi
Kələm güvəsi (Plutella maculipennis C). Yetkin fərd bozumtul-qonur, yaxud
qəhvəyi
rəngdədir. Arxa
qanadlar saçaqlıdır. Yumurtası ovalvaridir, açıq sarı, tırtılları yaşıldır (Şəkil 5.31). Zərərverici
məhsul qalıqları üzərində barama içərisində pup halında qışlayır. Yazda (apreldə) qışlamış puplardan
kəpənəklər uçur. Bir müddət qidalanır, cütləşir və yarpaqların alt səthinə, damarlar boyu yumurta qoyur.
Qoyulmuş yumurtanın embrional inkişafı 3-7 gündür. Tırtılın inkişafı 9-15 günə başa çatır, bundan sonra
onlar ağ barama toxuyub orada puplaşır və 7-10 gündən sonra kəpənək uçur. İldə 5-dən az olmayaraq
nəsilverir.
Şəkil 5.31. Kələm güvəsi