Bəzəkli kələm bağacığı (Eurydema ventralis Rol). Yetkin fərdin ön kürəkciyi qırmızı olmaqla, üzərində 6 qara ləkə vardır. Yumurtası çəlləkşəkillidir, böyüklüyü 1 mm-dir. Sürfəsi qırmızıdır, yetkin fərdə oxşayır. Zərərverici yetkin halda bağda, meşədə xəzəllərin, otların və bitki qalıqlarının altında qışlayır. Qoyulmuş yumurtalardan 10-12 gündən sonra sürfələr çıxır. Sürfələr 4-5 dəfə qabıq dəyişmədən sonra yetkin fərdə çevrilirlər. Yetkin fərdlər, eləcə də sürfələr kələm bitkisinin yarpaqları ilə qidalanaraq dairəvi zədələrəmələ gətirir ki, bu da baş bağlamaya mənfi təsir göstərir. Bir nəslin inkişafı 25-30 gündə tamamlanır. İldə 2 nəsil verir (Şəkil 5.29). |
Mübarizə tədbirləri
Kələm ağ kəpənəyi (Pieris brassicae L). Yetkin kəpənək ağ rəngdədir, ön qanadı üzərində uc hissədə qara ləkə vardır. Yumurtası sarı rəngdə olub, uzunsovdur. Tırtılın bədəni üst tərəfdən yaşıl və alt tərəfdən sarıdır, üzərində qara nöqtələr vardır (Şəkil 5.30). Zərərvericinin pupları qışlayır. Aprel ayının əvvəllərində qışlamış puplardan çıxan kəpənəklər bir müddət alaq otlarının və mədəni bitkilərin çiçəklərinin nektar şirəsi ilə qidalanır. Bundan sonra dişi fərdlər kələm bitkisinin yarpaqlarının alt səthinə topa halında yumurta qoyur. Yumurtanın inkişafı 6-13 gündə başa çatır.