Kök milçəyi (Psila rosae). Yetkin milçək parlaq qara rəngdə olmaqla, yaşıla çalır. Yumurtası ağ-süd rəngdə. Sürfəsi solğun-sarımtıldır. Milçək əksər hallarda yumurtasını cavan bitkilərin gövdəsinə qoyur və 4-17 gündən sonra ondan sürfə çıxır. Onlar dərhal kökün içərsinə girib, daxilində yollar açır (Şəkil 5.27).
Mübarizə tədbirləri
1 m2 sahəyə 10 qram olmaqla tütün tozu ilə odun külünü qarışdıraraq (10 qram) 10
Kələm bitkisinin zərərvericiləri
Kələm mənənəsi (Brevicoryne lrassicae L). Yetkin fərdin bədəni yumurtavaridir, üzəri muma bənzər örtüklə örtülüb. Zərərverici yetkin, sürfə və yumurta fazasında yabanı xaççiçəkli bitkilər üzərində qışlayır. Qışlamadan çıxan fərd əvvəlcə yabanı xaççiçəkli bitkilərlə qidalanır və sonra isə kələm bitkisi üzərinə keçir (Şəkil 5.28).
Mübarizə tədbirləri