Çuğundur birəcikləri. Bunlar böcəklər dəstəsi (Coleoptera), yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdurlar. Çuğundur bitkisi üzərində bir neçə növ birəciyə təsadüf edilir (Şəkil 5.25). Bunlardan qarabaşaq birəsi və çuğundur birəciyi daha çox zərər verir. Birəciklər yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır. Yazda böcəklər qışlama yerlərindən çıxır, ilk dəfə alaq otları ilə qidalanır, sahədə çuğundur cücərtiləri əmələ gəldikdə onların üzərinə keçir. Cücərtilərlə qidalanan böcəklər yarpaqda kiçik çökəkciklərəmələ gətirir. Şiddətli surətdə zədələnən cücərtilər məhv olur. Böcəklər bir müddət qidalandıqdan sonra cütləşmə prosesi gedir və dişi böcəklər bitki kökləri yaxınlığına yumurta qoyur, özləri isə yaşamırlar. Qoyulmuş yumurtalardan sürfələr çıxır və bitkinin kökü ilə qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpaqda pup halına keçirlər. Payızda havaların soyuması ilə əlaqədar olaraq böcəklər qışlama yerlərinə gedirlər.
Mübarizə tədbirləri
Çuğundur bağacığı (Polymetrus cognatus F). Çuğundur bağacığı alabəzək rənglidir, uzunluğu 3-5 mm-dir. Yumurtadan çıxan sürfə çoxillik paxlalılarla qidalanıb inkişaf edir. İnkişafını başa çatdırmış yetkin fərdlər çuğundur sahələrinə uçurlar. Bir müddət çuğundur bitkisi ilə qidalandıqdan sonra dişi fərdlər gövdəyə, yarpaq damarlarına və saplaqlara yumurta qoyur. Yumurtadan çıxan sürfə bitkinin hüceyrə şirəsini sormaqla qidalanır. Zərərvericinin sonrakı nəslinin inkişafı əvvəlki nəsildə olduğu kimidir. İldə 2-3 nəsil verir (Şəkil 5.26). Mübarizə tədbirləri
|