Çuğundur adi uzunburnu (Bothynoderes punctiventris G). Yetkin fərd bozumtul-qonur rəngdədir. Ön qanadları üzərində nöqtələrdən ibarət 10 ədəd cərgə zolağı vardır. Zərərverici böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-12°C temperatur olduğu zaman onlar qış yuxusundan oyanır və torpağın üst səthinə çıxırlar. Onlar əvvəlcə tərəkimilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtiləri üzərinə keçirlər. Böcəklər çuğundur yarpaqlarının ayəsini və saplaqlarını yeyir, nəticədə cücərtilər məhv olur (Şəkil 5.24).
Bir müddətdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəltdiyi çökəkciyə qoyur. Qoyulmuş yumurtalardan 7-10 gün sonra sürfələr çıxır. Sürfələrin inkişafı 2-3 ay çəkir. Bu müddət ərzində onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmələ gətirir. Belə zədələnmiş bitkilər zəif inkişaf edir, bəzən də quruyub məhv olur.
Mübarizə tədbirləri