Mübarizə tədbirləri
Ağ çürümə xəstəliyində olduğu kimidir.
Bakteriyalı yaş çürümə (Erwinia carotovora pv). yerkökü, cəfəri, kərəviz və başqa bitkilər yoluxurlar. Xəstəliyin ilk əlamətləri tarlada müşahidə olunur. Kökümeyvənin aşağı hissəsində suluqlu ləkələr əmələ gəlir və sonra büzüşürlər. Saxlanma zamanı bərkliyi itir, pis iyli, çürüyən kütləyə çevrilir (Şəkil 5.22).
Mübarizə tədbirləri
Çətirçiçəkli güvəsi (Depressaria depressana). Kərəviz fəsiləsi bitkilərini zədələyir. May ayının sonu, iyunun əvvəllərində puplardan uçan kəpənəklər yumurtalarını ilk öncə bitkinin, qönçə əmələ gəldikdən sonra isə qönçənin üzərinə qoyur. Yumurtalardan 3-5 gündən sonra kiçik tırtıllar çıxır və dərhal qidalanmağa başlayır. Kiçik yaşlı tırtıllar cavan yarpaqlar, qönçələr, çiçəklər və meyvə başlanğıcları ilə qidalanaraq onları zədələyir. Nəticədə bu orqanlar quruyaraq tökülür (Şəkil 5.23).
Mübarizə tədbirləri