Yadda saxla! Torpaqda bor çatışmadıqda kökmeyvələr fommozla daha güclü yoluxurlar.
Mətbəx çuğundurunda xəstəliyə qarşı kimyəvi çiləmələr aparılmır.
Çuğundur köklərində vərəm (Xantomonas beticola). Bakterial xəstəlikdir. Bitkinin kökmeyvəsində formalaşan kiçik ölçülü şişlər girintili-çıxıntılı və qabarıqdır. Vərəmlə yoluxmuş kökümeyvələr saxlanma üçün yararsızdır. Bakteriya torpaqda saxlanır və bitkiyə mexaniki zədə yerlərindən keçir (Şəkil 5.19). Mübarizə tədbirləri
Yerkökü bitkisinin xəstəlikləri Ağ çürümə (Whetrezelina sclerotiorum). Xəstəlik bütün kərəvizkimilər fəsiləsi bitkilərində, xüsusilə yerkökü, cəfəri və kərəvizin kökmeyvələrində əmələ gəlir. Sirayətlənmiş orqanlar üzərində ağ örtük formalaşır. İnkubasiya müddəti 7-10 gündür (Şəkil 5.20). Mübarizə tədbirləri
|
Boz çürümə (Botrytis cinera Pers.ex Fr). Xəstəliklə əsasən yerkökü yoluxur. O saxlanma dövrü inkişaf edir, xəstə kökümeyvələrdən sağlamlara keçir. Mexaniki zədələnmiş kökümeyvəlilər xəstəliklə daha intensiv sirayətlənirlər. Onların üzərində boz örtük, müəyyən müddətdən sonra yoluxmuş kökümeyvələr üzərində qara ləkələr əmələ gəlir (Şəkil 5.21).