Askoxitoz (Ascochyta betae). Rütubət çox olan rayonlarda yayılmışdır. Zəifləmiş bitkilərin xəstəliyidir. Əsasən yarpaqlar sirayətlənirlər. Sirayətlənmiş orqanlar üzərində yaşıl, lakin tədricən qonurlaşan dairəvi ləkələr əmələ gəlir (Şəkil 5.17).
Mübarizə tədbirləri
Fommoz və ya yarpaqlarda zonal ləkəlik (Phoma betae A.B.Frank). Xəstəlik bitkinin müxtəlif orqanlarını sirayətləndirir və müxtəlif formada özünü büruzə verir: cücərtilərdə kökyeyən, yarpaqlarda zonal ləkəlik, kökmeyvələrdə özək çürüməsi (Şəkil 5.18).
Aşağı yarusun qoca yarpaqlarında əvvəlcə kiçik, 3-4 millimetr diametrli dairəvi qonurtəhər ləkə əmələ gəlir. Bu ləkə getdikcə böyüyərək 1-2 santimetr ölçüyə çatlr. Kökmeyvələrdə xəstəlik əssən kəsik zamanı müşahidə olunur. Yoluxmuş toxuma qara və bərk olur. Qaralma kökmeyvənin başcığından başlayır və onun əsasına doğru yayılır.
Mübarizə askoxitozda olduğu kimidir.