Mübarizə tədbirləri
|
Çuğundur bitkisinin xəstəlikləri
Unlu şeh (Eriesirhe comminus Grev.f. betae). Bütün çuğundur becərilən rayonlarda geniş yayılmış və zərərli xəstəliklərdəndir. Quru və isti iqlim şəraitində aşağı və orta yarus yarpaqlarda ağ unlu şeh əmələ gəlir. Əvvəlcə zərif örtük yarpaqların təpə hissəsini tutur, sonra ləkələr böyüyür, qovuşaraq bütün yarpaq ayasını əhatə edir (Şəkil 5.15). Bəzən örtüyə yarpağın alt hissəsində də rast gəlinir. Unlu şeh xəstəliyi quru, isti havada yaxşı inkişaf edir.
Mübarizə tədbirləri
Peernosporoz və ya yalançı unlu şeh (Peronospora schachtii Fuck). yarpaq, gövdə və çiçək saplağında yaz ayları rütubətli keçən illərdə, havanın nisbi rütubəti 70%-dən çox, temperatur 12-20 dərəcə olduqda xəstəlik geniş və sürətlə yayılır. Xəstəliklə çuğundur, turp və turpcanın birillik bitkilərinin mərkəzi yarpaqları, çiçəkyanlığı, çiçək oxu və toxumlar zədələnir. Pernosporozla sirayətlənmiş yarpaqlar ətraflarından aşağıya doğru əyilirlər, qalınlaşır, solğun yaşıl rəng alır, kövrək olurlar. Yoluxmuş yarpaqlar xəstəliyin əmələ gəlməsindən 15-30 gün sonra məhv olurlar (Şəkil 5.16).