Mübarizə tədbirləri
Virus xəstəliklərinə qarşı mövcud aqrotexniki tədbirlər kompleksini tətbiq etməklə, alaq otlarına və virusların daşıyıcıları olan mənənələrə qarşı kimyəvi çiləmələr aparılır.
Kələm bitkisinin xəstəlikləri
Kila (Plasmodiorhora brassicae Gaum.). Kələm, turp və turpca bu xəstəliklə sirayətlənirlər. Xəstəlik bitkinin köklərində şiş və yumru formasında əmələ gəlir (Şəkil 5.9). Kila ilə yoluxmuş bitkilər güclü surətdə sıxılır, suyu kifayət qədər uda bilmədiyindən isti havada soluxurlar. Qida maddələrinin bir qismi şişlərin əmələ gəlməsinə sərf edilir. Vegetasiyanın sonuna yaxın, həmçinin erkın yazda torpaq mikroorqanizmlərinin təsiri ilə şişlər dağılır və sporlar (xəstəlik daşıyıcılar) torpağa düşərək infeksiya mənbəyi rolunu oynayırlar. Sporlar 6-28°C cücərir (optimal trmperatur 18-25°C) və bitkiyə yoluxur. Torpaqda rütubətin çox olması parazitin inkişafına mane olur.
Mübarizə tədbirləri
• Növbəli əkin sisteminə əməl edilməlidir.
• Şitil becərilən sahə dezinfeksiya olunmalı və sağlam şitil yetişdirilməlidir.
• 1 m2 sahəyə 100 qram və ya 1 çalaya 35-40 qram ağac külü səpilir.
• 10 litr suya 400-500 milli litr süd əlavə edilərək məhlul hazırlanır və hər bitkiyə 1 litr
olmaqla çiləmə aparılır (xüsusilə turp butkisində).
Böz çürümə (Botrytis cinera Pers). Saxlanma zamanı kələmin baş hissəsində yaş çürümə ilə müşayiət olunur. Xəstəliyi adətən mexaniki zədə yerlərindən başlayır və ya donmuş yarpaqlarda təsadüf edilir (Şəkil 5.10).
Mübarizə tədbirləri