Mübarizə tədbirləri
Toxumluq sahələrdə 1%-li bordo mayesi və ya onun əvəzediciləri olan funqusidlərlə çiləmələr aparmaq lazımdır.
Fuzaryoz. Soıuxma xəstəliyidir. Vegetasiyanın başlanğıcından sonuna qədər davam edir. Xəstəlik yarpaqları sirayətləndirir (Şəkil 5.6). Filqə yarpaqların sirayətlənməsi daha təhlükəlidir. Göstərilən orqanlarda damarın və ona yaxın toxumaların saralması müşahidə olunur. Adətən sirayətlənmiş cücərtilər qonurlaşır, büzüşür və quruyur. Erkən yoluxmuş bitkilərin buğumarası qısalır, kök boğazına yaxın hissə qalınlaşır. Xəstəliktörədici havanın temperaturunun aşağı düşməsi və nəmlik çatışmazlığı nəticəsində yaxşı inkişaf edir. Mübarizə tədbirləri Növbəli əkin sisteminə əməl edilməli, suvarma normalarını və vaxtını düzgün təyun etməklə suvarılmalıdır. Pas (Uromyces scirr (Cast) Bur). Kərəvizkimilər fəsiləsi bitkilərində, həmçinin nanə, reyhan becərilən bütün rayonlarda rast gəlinir. Yarpağın üst səthində, bəzən hər iki tərəfində kiçik sarıya bəvzər yastıcıqlar əmələ gəlir. Xəstəlik təsərrüfat əhəmiyyəti kəsb etmir və buna görə də ona qarşı xüsusi mübarizə tədbirləri həyata keçirilmir. Sarılıq (Cucumber mosaic virus). Virus xəstəliyidir. Kərəviz fəsiləsi bitkilərini yoluxdurur. Cücərtilər əmələ gələn andan əmələ gəlir. Çox zaman yarpaqların damarları yoluxur və onlarda saralma müşahidə olunur (Şəkil 5.8). Gövdə güclü budaqlanır, bitki “şeytan süpürgəsi” görkəmi alır. Çiçəklər sterilləşir, böyümə yubanır. Kərəvizin yoluxmuş yarpaqları qısalır və düz durur. Mexaniki olaraq virus ötürülmür, çoxillik bitkilərdə qışlayır. İnfeksiya müddəti 10-40 gündür. |