Septarioz (Sertoria retroselini Desm). Xəstəlik geniş yayılmışdır. Onunla kök, cəfəri, kərəviz, şüyüd, həmçinin nanə və reyhan yoluxurlar (Şəkil 5.3). Cücərti və yaşlı bitkilərdə yarpağın hər iki tərəfində ləkələr əmələ gəlir. Toxumlarda yoluxa bilirlər. Xəstəlik törədicidən asılı oıaraq ləkə sarı yaşıldan qonur rəngə qədər olur. Xəstəlikdən əsasən yarpaqlar əziyyət çəkir. Yoluxmuş yarpaqlar saralır və soluxur. Yoluxma yüksək nəmlikdə və 22-27°C temperaturda baş verir
Mübarizə tədbirləri
Bitkinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir.
Ramulyarioz (Ramularia betae Rostr). Bitkinin inkişafının bütün fazalarında yarpaq, saplaq, gövdə və çiçək qrupunu sirayətləndirir (yoluxdurur). Yoluxan yarpaqlarda qonur ləklər əmələ gəlir. Sonra ləkələr böyüyərək quruyur və bütün yoluxmuş orqanları əhatə edir (Şəkil 5.4). Güclü sirayətlənmə 90-95% nisbi rütubətdə və yağışlı havalarda baş verir.
Mübarizə tədbirləri
Yalançı unlu şeh (Plazmapara nieva Schroet). Xəstəlik yüksək rütubətli olan rayonlarda geniş yayılıb. Yarpaqların alt tərəfinndə ağ örtük müşahidə edilir (Şəkil 5.5). Bu örtüklər yarpağın üst tərəfində əvvəlcə sarıtəhər, sonra qəhvəyi ləkələr əmələ gəlir. Güclü yoluxan yarpaqlar soluxur və quruyur. Xəstəlik kərəvizkimilərin toxumları üçün də təhlükəlidir. Xəstəlik törədicinin inkişafı üçün yüksək nisbi rütubət (85-90%) və 15-25°C mülayim temperatur tələb edilir.