Unlu şeh (Eryrhe umbelliferarum de Bary-xəstəlik törədən göbələk). Xəstəlik respublikamızda geniş yayılmışdır. Kərəvizkimilər və Dalamazkimilər fəsiləsinə daxil olan bitkilərin hamsı bu xəstəliklə sirayətlənir. Yarpaq, saplaq, gövdə və hamaşçiçəklərdə ağ örtük şəkilində əmələ gəlir (Şəkil 5.1). Sonra onların üzərində qara nöqtələr formalaşır. Nəticədə yoluxmuş hissə bərkiyir və asanlıqla sınır. Xəstəliyin təsirindən bitki ətrini və dadını itirir. Xəstəlik quru və isti havada, temperatur 20-30°C olduqda daha yaxşı inkişaf edir. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş bitki qalıqlarında qışlayır.
Mübarizə tədbirləri
Xəstəliyin ilkin əlamətləri göründüqkdə 1%-li kalloid kükürd məhlulu ilə işçi məhlulun məsarifi 600-800 l/ha olmaqla iki çiləmə aparılır.
Erkən yanıqlıq serkosporoz (Cercosrora derrasa Berk. Et. Br.). Xəstəlik yarpaq, gövdə. saplaq və çiçək qrupunda ləkə formasında əmələ gəlir. Kərəvizdə ləkə yarpağın hər iki tərəfində, qeyri-düzgün formalı, qonur rəngədir (Şəkil 5.2). Cəfəri və şüyüdün yarpaq, gövdə və çiçək qrupunda ləkələr kiçik, kələkötür, sarıdan çirkli qonur rəngədək olur və bəzən ləkələr birləşir. Rütubətli havada ləkələr üzərində məxməri boz örtük inkişaf edir. Quru havada belə örtük əmələ gəlmir.