|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Nəmliyin çatışmazlığı zamanı turpun meyvələri şirinləşir.
Sual 2. Kələm və çuğundur bitkilərinin iri yarpaqlı olması onların rütubətli
iqlim şəraitində yaxşı bitməsinin göstəricisidir.
Sual 3. Bitki cavan cücərti və şitil dövründə rütubətə az tələbkardır.
Sual 4. Yerökü quraqlığa nisbətən davamsız bitkidir.
Sual 5. Suvarma suyunda duzların ümumi miqdarı 1 q/l-dən artıq olmamalıdır.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Toxum səpiləndən sonra və bitkilərin ilk inkişaf fazalarında hər hektara ......
norma ilə ...... suvarmaq lazımdır.
Sual 7. Kökümeyvəlilər kökmeyvəsi əmələ gətirdiyi dövürdə, kələm isə baş bağladığı dövürdə
....... daha çox tələbkar olurlar.
Sual 8. Tərəvəz bitkiləri torpaq məhlulunun reaksiyası neytral və ...... olduqda daha yaxşı
inkişaf edir.
Sual 9. ........ gübrənin torpaqda artıqlığı kökümeyvəlilərin keyfiyyətini və saxlanma
qabiliyyətini aşağı salır
Sual 10. Yerkökü bitkisinin yaxşı rəng alması üçün ........ gübrələrin tətbiqi vacibdir.