Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsində suvarma vaxtının müəyyən edilməsi
Tərəvəz becərilən sahədə suvarma üsulunu müəyyən edin.
Təsərrüfatda müxtəlif suvarma üsulları tətbiq edilirsə, onlar arasında fərqi və
müsbət-mənfi cəhətləri araşdırın.
Torpağın tarla rütubət tutumundan və suvarma qabağı nəmliyindən asılı olaraq
təsərrüfatda becərilən tərəvəzin suvarma vaxtını müəyyənləşdirin.
Təsərrüfatda becərilən yarpaqlı və ya kökümeyvəli tərəvəz sahəsində suvarma normasının
hesablanması
Suvarma vaxtını müəyyənləşdirdikdən sonra becərilən bitki üçün çatışmayan su normasını
tapın.
Bunun üçün Mnorma=100 x A x Hx (B B0 )
du sturundan istifadə edərək torpaqda olan su ehtiyatını hesablayın.
Vegetasiya dövründə tətbiq edilən suvarma saylarını dəqiqləşdir
Praktiki tapşırıq 4.1-i yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
• Qeydiyyat üçün kağız və qələm.
• Su çatışmazlığının əlamətləri müşahidə olunan bitki nümunələri
• Fotoaparat
• Hеsablayıcı maşın.
Praktik tapşırıq 4.1-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib
olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
Yarpaqlı və kökümeyvəli tərəvəz sahələrində suvarma üsulları haqqında məlumat əldə
etdinizmi?
Becərilən tərəvəz əkinlərində su çatışmazlığı və artlqlığı əlamətləri müşahidə
etdinizmi?
Təsərrüfatda suvarma vaxtını müəyyən etdinizmi?
Vegetasiya dövründə tətbiq edilən suvarmaların sayını müəyyənləşdirdinizmi?
Torpaqda olan su ehtiyyatını hesabladınızmı?
Tərəvəz becərilən sahədə çatışmayan su normasını tapdınızmı?