Vegetasiya dövründə yaşağıdınız və ya Sizə yaxın ərazidə yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində
tətbiq edilən suvarılma üsullarını müəyyən edin və onlar arasındakı müsbət və mənfi xüsusiyyətləri
araşdırın.
Səfər etdiyiniz təsərrüfatda yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin torpağın rütubətinə
münasibətini müəyyən edin.
Mövcud təsərrüfatda yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin vegetasiya müddətində suvarma
normalarını müəyyənləşdirin.
Yarpaqlı və kökümeyvəli tərəvəzlər üzərində qida çatışmazlığının əlamətlərini nəzərdən keçirin və
bitkilərinin tələb etdiyi qida maddələrini qeyd edin.
Təsərrüfatda istifadə olunan mineral və üzvi gübrələr haqqında məlumat əldə edin.
Topladığınız məlumatlar əsasında suallar hazırlayın və qrup şəkilində müzakirələr aparın.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq 4.1. Vegetasiya dövründə yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin suya
təlabatının öyrənilməsi
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsinə səfər edilməsi
Yarpaqlı və kökümeyvəli tərəvəz sahəsinə səfər edin və uyğun müşahidələr aparın.
Tərəvəz becərilən sahədə torpaq nəmliyinin təyini
Tərəvəz becərilən sahəsinin bir neçə yerində becərilən bitkidə su çatışmazlığı və
artlqlığı əlamətini müşahidə edin.
Torpağın əsas kök yayılan qatından torpaq nümunəsi götürün və onun nəmliyini yoxlayın.
Su ilə normal təmin olunmuş tərəvəzlə, su çatışmazlığı müşahidə edilən tərəvəzin vizual
(baxmaqla) görnüşünü müqayisə edin.