Məhsulda nitratların toplanmasının əsas səbəbləri ormadan artıq azot gübrəsi verməklə azot mübadiləsində və fotosintez prosesində tarazlığın pozulmasıdır. Deməli azotun normadan artıq bitkidə toplanması maddələr mübadiləsini pozur və nitratların miqdarı artır (məsələn, əksər tərəvəz bitkilərinin 1 kq məhsulunda nitratların buraxıla bilən həddi 150-400 mq təşkil edir).
Biz elektron nitratester cihazları vasitəsilə məhsulda nitratların miqdarını və onların buraxıla bilən həddi keçib-keçməməsini təyin edə bilərik (Şəkil 4.31).
Standartlar
Ekoloji üsullarla istehsal olunmuş qida məhsullarının faydası ekoloji cəhətdən və təmizlik keyfiyyəti baxımından xarici görünüşünə görə son məhsulda birbaşa bilinmir. Əgər istehlakçı ekoloji məhsulu almaq qərarı ilə istehsala dəstək vermək istəyirsə, onda bu məhsulların keyfiyyətinin aşkara çıxardılmasının digər təsdiqləyici formaları tələb olunur. Ekoloji məhsulların istehsalçılarını hüquqlarını qorumaq lazımdır, çünki əks halda adi üsulla istehsal olunmuş ərzaqlar yenidən qablaşdırıla və ekoloji təmiz məhsul kimi satıla bilər. Standartlar üzrə aparılmış bütün müzakirələrin yekununda bir mühüm nəticə əldə olunmuşdur. Bu nəticə qeyd edir ki, bir sıra milli hökumətlərin səylərinə baxmayaraq standartlar son məhsulda kimyəvi qalıqların və ya başqa keyfiyyət göstəricilərinin təyin edilməsini təmin etmir. Ekoloji məhsul standartları istehsal sisteminə əsaslanmalıdır – yəni yalnız belə olan halda ekoloji məhsul istehsalına zəmanət verilə bilər. Eyni zamanda məhsulun üzərində onun istehsal mənbəyini təsvir edən dəqiq markalanma olmalıdır: məsələn, “ekoloji təsərrüfatçılıq sisteminındə istehsal olunmuş” və ya “ekoloji üsullarla becərilmiş ərzaqlar” kimi təsvirlər çox hallarda istehlakçıları aldatmaq üçün istifadə olunan “ekoloji ərzaq” markalanmasına nisbətən daha az nəzəri cəlb etməsinə baxmayaraq, qarışıqlıq və anlaşılmazlığa səbəb olmamaq üçün daha çox münasibdir.
Eko-məhsulların sertifikatlaşdırılması nə üçün lazımdır?
Son dövürdə daha çox istehlakçılar ekoloji məhsula maraq göstərirlər, çünki onlar öz sağlamlıqları barəsində narahat olur, ətraf mühitin qayğısına qalırlar. Onlardan bəziləri ekoloji məhsul üçün hər hansı yüksək qiyməti ödəməyə hazırdırlar. Digər tərəfdən daha çox fermerlər ekoloji kənd təsərrüfatına müxtəlif tələblərdən keçirlər. Bəzi fermerlər öz ekoloji məhsulları üçün yüksək qiymətə ümid edirlər, çünki gərgin əmək sərf edərək onlar az məhsul əldə edirlər. İstehlakçı aldığı məhsulun həqiqətən də ekoloji istehsalın məhsulu olduğuna əmin olmaq istəyir. Ekoloji fermerin «ekoloji» sözündən yalan yolla istifadə edərək, onu düzgün olmayan rəqabətə cəlb edən digər fermerlərdən qorunmağa ehtiyacı var. Bu səbəbdən də sertifikatlaşmaya böyük ehtiyac var.