Mətbəx çuğunduru ən çox iyul ayının sonu avqust ayının əvvəllərində (kökmeyvəsi əmələ gəldiyi dövrdə) qida maddələrinə təlabat göstərir.
Gübrələnmə sistemi - torpaq münbitliyinin yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və gübrələrdən səmərəli istifadə məqsədilə aparılan aqrotexniki və təşkilatı tədbirlər kompleksidir.
Müəyyən təsərrüfat üçün gübrələnmə sistemi tətbiq edəndə növbəli əkində ayrı-ayrı bitkilər üçün üzvi nə mineral gübrələrin normasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək çox mühüm məsələdir. Gübrələmə verilmə vaxtına görə 3 qrupa bölünür:
Səpindən əvvəl gübrələr bir qayda olaraq dərin şum altına verilir (Şəkil 4.19). Onlar bütün vegetasiya dövründə, xüsusilə bitkilərin intensiv böyümə və inkişafı, habelə ən çox qida elementləri sərf etdikləri dövürdə qida maddələrinə olan təlabatlarını təmin etmək üçündür. Məhz buna görə də səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Fosforlu gübrələrin, xüsusilə superfosfatın səpindən əvvəl cərgəvi üsulla torpağa verilməsi perspektiv üsuldur. Belə üsulla verilən fosfordan bitkilər daha səmərəli istifadə edirlər. Səpin vaxtı gübrələrin cərgələrə və ya yuvalara verilməsi əsasən bitkiləri onların inkişafının ilk dövründə qida ilə təmin etmək üçündür (Şəkil 4.20). Aotlu və fosforlu gübrələrin birlikdə səpin vavtı düzgün nisbətdə verilməsinin böyük əhəmiyyəti vardlr. Üzvi və mineral gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə əlavə gübrələmə (yemləmə) adlanır (Şəkil 4.21). |