Əkin yerlərinin torpaq şəraitindən, əkin müddətlərindən, su ilə təmin olunma dərəcəsindən, sələf bitkilərinin xüsusiyyətindən və başqa amillərdən asılı olaraq bu normaları dəyişdirmək olar.
Ağbaş kələm əsas qida elementləri ilə yanaşı, mikroelementlərə də (bor, miş, molibden) tələbkərdır. Əlavə yemləmələri şitil əkinindən 15-20 gün sonra rozet əmələgəlmə və başbağlama dövrlərində vermək olar.
Kökümeyvəli tərəvəz bitkiləri ilk inkişaf dövründə azota, kökmeyvəsinin əmələ gəldiyi və formalaşdığı dövürdə isə kalium və fosfora təlabat göstərir. Həmçinin kaliumlu gübrələrin tətbiqi kökümeyvəli tərəvəz bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
Kökümeyvəlilər əkiləcək sahəyə azotlu gübrələrdən natrium şorasının verilməsi daha səmərəlidir. Çünki, nartium ionları karbohidratların yarpaqlardan kökə axınına müsbət təsir göstərir və nəticədə şəkərin miqdarı artır. Azotlu gübrənin torpaqda artıqlığı isə kökümeyvəlilərin keyfiyyətini və saxlanma qabiliyyətini aşağı salır və nitatların kökmeyvəsinə toplanmasına səbəb olur. Bu səbəbdən də gübrələrin tətbiqi yayın birinci yarsında həyata keçirilməlidir. Onu da qeyd edək ki, azotlu gübrələr fosforlu gübrələrlə birlikdə tətbiq edilməzsə effektiv alınmaz.
Yerkökü bitkisi - qida maddələrilə zəngin torpaqlarda becərilərsə yüksək dozada mineral gübrələrdən istifadə məsləhət deyil. Zəif inkişaf edən bitkilər quş zılı məhlulu (1:10 və ya 1:15 nisbətində), peyin horrası (1:5) ilə yemləndirilir. Birnci yemləmə bitkinin əsas 3-4 yarpağı əmələ gəldikdən sonra aparılır və ona azot gübrəsi verilir. Ikinci yemləmə zamanı fosfor və kalium gübrələri verilir. Əgər yerkökü çimli-padzollu torpaqlarda becərilərsə azotlu gübrələr 20-25 q/m2 , fosforlu gübrələr 15-20 q/m2, kaliumlu gübrələr 25-30 q/m2 hesabı ilə tətbiq edilir. Yerkökü bitkisinin xlora (Cl) tələbkarlığını nəzərə alaraq kalium duzu - KCl (40%) tətbiq edilməlidir. KCl - məhsuldarlığı artırmaqla yanaşı, kökmeyvənin həcminin böyüməsinə səbəb olur. Vegetasiya dövründə ilk çıxışdan 2-3 həftə sonra 3-6 q/m2 azotlu gübrə, 2-5 q/m2 fosforlu, 2-4 q/m2 kaliumlu gübrələr tətbiq edilir. Yerkökü bitkisinin normal inkişaf etməsi üçün manqan və yod tərkibli gübrələrin, yaxşı rəng alması üçün isə kalsiumlu gübrələrin tətbiqi vacibdir.
Mətbəx çuğunduru - qida maddələri ilə zəngin torpaqlarda becərilərsə mineral gübrə tələb etmir. Əgər qida maddələrilə zəif təmin olunmuş torpaqlarda becərilərsə gübrələnmə tətbiq edilir. Bitki yaxşı inkişaf etməsi üçün fosfora yüksək səviyyədə tələbat göstərir. Bunun üçün əsas şum altına dənəvərləşdirilmiş superfosfat gübrəsi verilir. Vegetasiya dövründə ilk dəfə 2-3 həqiqi yarpaq əmələ gəldiyi dövrdə, 15-20 gündən sonra isə ikinci dəfə 6-10 q/m2 azotlu gübrə, 5-7 q/m2 fosforlu, 6-8 q/m2 kaliumlu gübrələr tətbiq edilir. Yadda saxlamaq lazımdır ki, mətbəx çuğunduru üçün tətbiq edilən ən yaxşı azotlu gübrə natrium şorası (natrium nitrat NaNO3), fosfatlı gübrə sadə superfosfat (Ca(H2 PO4)), kaliumlu gübrə isə kalium duzudur (KCl).