Onların hər birindən bir çox isti xörəklərin hazırlanmasında istifadə olunur və müxtəlif üsulla emal edilir.
3. Əsasən bişirilmiş və emal edilmiş halda yeyilənlər - çuğundur, ağbaş kələm, ispanaq, yabanı ispanaq, cincilim, qızıl pencər (bozala, amarant), unluca və s.
Reyhan, mərzə, çöl keşnişi, təpə keşnişi və s. bitkilər xoş ətirli olub ədviyyə-xörəklərə, salata və konservlərə ətir verən, dad verən kimi istifadə edilirlər. Bunlardan turpca, acıtərə və səbzə soğan təklikdə salat kimi ətli, yağlı xörəklərlə yeyilir. Rusiyada əsas çiy halda yeyilən salat bitkisi kahı (xas) bitkisidirsə, Azərbaycanda belə bitki acıtərədir.
Bəzi tərəvəz qurudulub qışa saxlanır ki, xörək üçün istifadə edilsin. Qurudulub saxlanan tərəvəz bitkiləri - ispanaq, kökümeyvəlilər, xüsusilə ədviyyə göyərtiləri (nanə, mərzə, reyhan, şüyüd) və s.-dir. (Şəkil 1.3).
Əhalini ilboyu müxtəlif halda tərəvəzlə təmin etmək üçün ondan konserv sənayesində istifadə edilir. Hər tərəvəz bitkisindən bir neçə növ konserv məmulatı hazırlandığından, onlar konserv sənayesi üçün əsas xammal hesab olunur.
Kökümeyvəlilərdən yerkökü, cəfəri, kərəvizdə özünə məxsus ətri olan efir yağı vardır. Ona görə bunlar xörəklərə və duza qoyulan tərəvəzə ədviyyə kimi də qatılır.
Turp və rus turpu təzə halda salatda istifadə edilir. Rus turpu və şalğam şimal əhalisi tərəfindən həm təzə, həm də qaynadılmış halda yeyilir, müxtəlif şorbalara tökülür (Şəkil 1.4). Turp tipli kökümeyvəlilərdə qələvi xassəli çoxlu duzlar vardır. Onlar iştah açır və orqanlarda kristallik çöküntülər toplanmasına imkan vermirlər.
Yerökü çiy halda çərəz kimi yeyilir, borşa, bəzi şorbalara və aşa (Orta Asiyada) tökülür.
Eyni fəsiləyə aid olan növlərin oxşar morfoloji nişanələri, çiçəklmə və mayalanma xüsusiyyətləri, eyni xəstəlik və zərərvericiləri olur. Bunları bilmək isə aqrotexiikanı və toxumçuluğu düzgün təşkil etməyə kömək edir.
Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri fəsilələr üzrə aşaqıdakı kimi bölunür: İkiləpəlilər sinfi: