Fosfor artıqlığı - cavan yarpaqlarda böyümə zəifləyir. Buğumaraları qısalır, aşağı nahiyyədə yerləşən yarpaqlarda ləkələr əmələ gəlir və məhsuldarlıq aşağı düşülür.
Bor artıqlığı - ilk öncə yarpaqların kənarı saralır. Sonra yarpaqlar tam saralaraq düşür.
Manqan artıqlığı - yarpaqlarda və kökümeyvələrdə sarı ləkələr əmələ gəlir.
Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri makro, mezo və mikroelementlərə müəyyən tələbat göstərirlər.
Azot (N) - bitkinin vegetativ hissələrinin - boyunun sürətlə böyüməsini təmin edən əsas elementdir. Azot çatışmazlığı məhsuldarlığı mıhdudlaşdıran (azaldan) əsas amillərdəndir. lakin onun torpaqda normadan çox olması meyvəli və toxumluq tərəvəz bitkilərində barverməni ləngidir. Azotlu gübrələrdə azotun miqdarı amonium şorasında 34,6%, amonium sulfarda 21%, sidik cövhərində ((karbamid) 46% təşkil edir.
Fosfor (P) - yetişməni tezləşdirir, məhsuldarlığı və məhsulun keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Fosforla optimal qidalanma şəraitində bitkilərin kök sistemi torpağın dərin qatlarına daha yaxşı gedir. Bu isə bitkilərin qida maddələri ilə yaxşı təmin olunmasına şərait yaradır. Ayrı-ayrı fosforlu gübrələrdə P2O5 aşağıdakı miqdardadır; sadə superfosfat - 14-19,5%, dənəvər superfosfat - 19,5%, fosforit unu - 19-23%, ikiqat superfosfat - 38-40%, sümük unu-30%.
Kalium (K) - qida maddələrinin bitkinin böyüyən orqanlarına sürətli hərəkətinə, kökümeyvəlilərdə sulu karbonların, yarpaqlarda (CO2 mənimsəyərək) şəkər və nişasta toplanmasına, bitkinin xəstəliklərə, quraqlığa və soyuğa davamlılığına, tərəvəzin saxlanma keyfiyyətinin artmasına səbəb olur.