Fosfor çatışmazlığı. Kökün inkişafına mane olur, saplar uzanır, rəngi göyərir. Yarpaq ayası içəriyə doğru qatlanır (Şəkil 4.9). Kalium çatışmazlığı. Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. İçərdəki yarpaqlar quruyub büzüşür (Şəkil 4.10). Maqneziyum çatışmazlığı. Yarpaqlar incə və kövrək olurlar, uclarında və damararası rəngini itirir, açıq yaşıl rəng alırlar və yarpaq ayası yuxarı qatlanır (Şəkil 4.11). Mis çatışmazlığı. Bitkinin rəngi ağarır. Yarpaqlar aşağıya doğru qatlanır (K-çatışmadıqda da) (Şəkil 4.12). Dəmir çatışmazlığı. Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır (Şəkil 4.13). Manqan çatışmazlığı. Yarpaqlarda ölü toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir (Şəkil 4.14). Sink çatışmazlığı. Yarpaqlar kiçilir, Yarpaqlarda xallar əmələ gələ bilir və yaşlı yarpaqların kənarları (qovrulur) yanır. Tumurcuq inkişafı zəifləyir (Şəkil 4.15). Kalsium çatışmazlığı. Yarpaqlarda xloroz müşahidə olunur., təpə tumurcuğu məhv olur və gövdənin inkişafı dayanır. Çiçəklər tam açmamış ləçəklərini tökür (Şəkil 4.16). Kükürd çatışmazlığı. Bitkinin alt hissəsindəki yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir (Şəkil 4.17). Bor çatışmazlığı. Tumurcuqlar açıq yaşıl rəngdə olur. Cavan yarpaqların kənarları qovrulur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır (Şəkil 4.18). |