Tərəvəz bitkilərinin qida rejimini nizamlamaq üçün onların torpaq məhlulunun qatılığına, reaksiyasına tələbatını və duza davamlılığını bilmək lazımdır.
Torpaq məhlulunun qatılığı torpaqda olan suyun tərkibindəki qida elementlərinin faizlə miqdarını göstərir.
Kələmkimilər, kərəvizkimilər, quşüzümü, tərəkimilər fəsiləsi bitkiləri və kahının kök təzyiqi 5-12 atm. olub, çox yüksək deyil. Ona görə təzə cücərərkən və şitil fazasında qatılıq çox olduqda bu bitkilər məhv ola bilir. Çuğundur bitkisi Aralıq dənizi və Xəzər dənizinin duzlu sahillərində formalaşdığı üçün torpaq məhlulu qatılığına dözümlüdür. Düzənlik bitkisi olan yerkökünün torpaq məhlulunun qatılığına dözmək qabiliyyəti çox zəifdir. Buradan da öz mənşəyinə görə çuğundur, ispanaq duza davamlı olub şorakət torpaqlarda da bitir.
Tərəvəz bitkiləri torpaq məhlulunun reaksiyası neytral və zəif turş olduqda daha yaxşı inkişaf edir. İspanaq, kahı praktiki olaraq neytral reaksiyada bitir və turşuluğa çox həssasdır. yerkökü, çuğundur zəif turş mühitdə (PH = 6,0), bir qədər artıq turşuluqda (PH= 5,0) isə ağbaş kələm, turpca yaxşı bitə bilir. Lakin tərəvəz bitkilərinin normal inkişafı üçün pH intervalı Cədvəl 4.5-də verilmişdir.
Torpaqda mühit reaksiyasını müəyyən etmək üçün sulu məhlul hazırlanmalıdır. Sulu məhlulu hazırlamaq üçün götürülmüş torpaq nümunəsindən 5 qram çəkilir 150-200 qramlıq kolbaya və ya stəkana tökülür, üzərinə 100 ml distillə edilmiş su əlavə edilir. Məhlul alınana qədər çalxalanıb, sonra tam çöküntü alınana qədər gözləyirik. Məhlul nümunə üçün hazırdır.
İndiqatorların (lakmus kağızı, fenoftalin, metiloran) aldlğı rəngdən istifadə edərək ph-ın intervalını müəyyən etmək olar (Şəkil 4.7.).