Bitkilərin inkişaf fazaları üzrə əsas qida maddələrinə tələbat dəyişilir. Cücərmə fazasında kökün formalaşması üçün fosfora, şitil fazasında azota, məhsuldar hissələr əmələ gəldikdə azot, fosfor və kaliuma tələbat daha artıq olur. Boyatma davam etdikdə daima bitki azot və fosforla təmin edilməlidir. Kökumeyvəlilərin cavan dövründə tələbatı ən çox kaliuma olur. Yaşlı yarpaqlarda kalsium daha çox toplanır. Həddən artıq nəmlikdə və ya quraqlıqda bitki stresə düşür. Bitki stres vəziyyətdə olduqda isə qida maddələrini tamamilə az mənimsiyir və ya heç mənimsəmir. Bu proses iştahası olmayan insanı xatırladır. Onu da qeyd edək ki, həddən artıq nəmlik dəmir və manqanın bir tərəfli mənimsənilməsinə səbəb olur, bu isə bitkinin zəhərlənməsi ilə nəticələnir.
Antoqonist bir elementin artıqlığı digər elementin mənimsənilməsini çətinləşdirir. Məsələn, fosfor dəmirin, sinkin və kalsiumun antoqonistidir.
Sineqrizm əksinə, bir element başqa elementin mənimsənilməsini asanlaşdırır. Məsəkən, kükürd azotun, kalium isə mis, maqnezium və manqanın sineqrizmidir.
Qida maddələrinin bitkilər tərəfindən mənimsənilməsi üçün torpaqda optimal temperatur 15-20°C olmalıdır. Belə ki, azot torpaqda temperatur müsbət 8°C-dən, kalium, kalsium, kükürd və manqan müsbət 5°C-dən, fosfor isə müsbət 10°C-dən yuxarı olduqda bitkilər tərəfindən mənimsənilir.
Əksər makroelementlər, mikroelementlərdən isə molibden torpaq məhlulunun reaksiyası (ph) 6,5-7,5 olduqda bitkilər tərəfindən mənimsənilir. Digər mikroelementlər turş mühiti daha çox sevir. Ona görə də bu elementləri bitkiyə yarpaqdan çiləmə vasitəsilə mənimsədirlər. Qida elementlərinin yarpaqdan mənimsəmə müddəti ph-dan asılı olaraq (indiqatorun rənginə uyğun olaraq) aşağdakı cədvəldə öz əksini tapmışdır (Cədvəl 4.4).