Müxtəlif tərəvəz bitkilərinin qida maddələrinin miqdarına, növlərinə və formalarına, torpaq məhlulunun qatılığına və reaksiyasına tələbatı müxtəlifdir.
Tərəvəz bitkiləri torpaqdan məhsulla çox qida maddələri çıxarır ki, bu da onların qidaya tələbatını əsasən xarakterizə edir (Cədvəl 4.3). Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri hər hektardan məhsulla çıxardığı N, P2O5 və K2O-nun miqdarına görə aşağdakı qruplara bölünür:
Kökümeyvəlilər torpaqdan çoxlu miqdarda qida maddələri aldığı halda, qidaya nisbətən az tələbkarlıq göstərir, digər bitkilər (şitil) nisbətən az qida mənimsəsə də qida şəraitinə çox tələbkardır. Bitkilərin qidaya tələbkarlığının digər səbəbi kök sisteminin quruluşu və lazımi maddələri almaq qabiliyyətidir.
Kök sisteminin xarakteri bitkinin yabanı əcdadlarının mənşəyi ilə əlaqədardır və qida rejimində həlledici rol oynayır. Belə ki, kərəvizin yoğun, çox şaxələnən kökləri onun bataqlıq, cəfərinin isə köklərinin nazik, əmici tellərinin isə çox olması onun qayalıq-dağlıq bitkisi olduğunu göstərir.
Bitki çavan vaxtı yaşlı dövrünə nisbətən hər bir çəki vahidinə eyni vaxt ərzində daha çox qida tələb edir. Ayrı-ayrı bitkilərin əsas qida elementlərinə tələbatı müxtəlifdir. Məsələn, kələm, səbzə və digər məhsulu yarpaqdan ibarət olan tərəvəz bitkiləri azota, kökümeyvəlilər kaliuma çox tələbkar bitkilərdir.
Tərəvəzin qida maddələrini mənimsəməsi bir çox amillərdən asılıdır. Bu amillər aşağdakılardır: