Gübrə. Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənkənar qidalanma) verilən üzvi və mineral maddələrdir (Şəkil 4.6).
Gübrələr birinci növbədə, bitkini qida maddələrlə təmin edir, torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki tədbirlər içərisində gübrələrdən istifadə ən vacib yerlərdən birini tutur. Gübrələr bir neçə qrupa bölünürlər: |
Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır.
Digər kənd təsərrüfatı bitkilərinə nisbətən tərəvəz bitkiləri torpağa və onda olan qida maddələrinə daha çox tələbkardır. Bu, bitkilərin hazırkı becərildikləri rayonların torpaq-iqlim şəraiti ilə vətənlərindəki (tropik və subtropik mənşəli olması) torpaq-iqlim şəraitinə az uyğun olması ilə əlaqədardır.