Damcı üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə torpaq yuyulmasına səbəb olmadan suvarıla bilər, suvarmanın aparılmasında külək təsir göstərmir, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Damcı suvarma zamanı torpağın temperaturu digər suvarma üsulları ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir. Şəkildə göründüyü kimi digər suvarma sistemlərinə nisbətən damcıvari suvarma sistemində suvarma suyundan yalnız bitki istifadə edərək su daha dərinə işləmişdir (Şəkil 4.6).
Məhz bu səbəbdən də kökümeyvəli və yarpaqlı tərəvəz bitkilərinin suvarılmasında damcıvari suvarmanın tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
4.1.3. Sudan səmərəli istifadə qaydaları
Su haqqında İFOAM-ın əsas standartları (Təbii-üzvi Kənd Təssərrüfatı Hərəkatının Beynəlxalq Federasiyası)
4.7. Torpağln və suyun qorunması
Torpaq və sudan davamlı istifadə olunmalıdır. Tövsiyələr
Qurund sularının çirklənməsinin, sudan ifrat və qeyri-düzgün istifadə olunmasının, torpağın erroziyasının və şoranlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
Standartlar
4.7.4. su ehtiyatlarının ifrat istifadəsinə və tükənməsinə yol verilməməlidir.
4.7.5. Müvafiq orqanlar (laboratoriya) torpağın deqrodasiyasına, üst və qrunt sularının çirklənməsinə səbəb olan əkin sıxlığına aid standartlara əməl olunmasını tələb etməlidir.
4.7.6. Torpaq və suyun şoranlaşmasının qarşısını almaq üçün müvafiq təddbirlər görülməlidir.