Hansı ki, bu üzvi və qeyri üzvi maddələr suvarma suyu ilə torpağa daxil olaraq bitkilərin qidalanmasına şərait yaradır ki, buda öz növbəsində həm torpağın mübitliyini artırır, həm də suvarılan kənd təsərüffatı bitkilərinin məhsuldariığını və onun keyfiyyət göstəricilərini yüksəldir. Suvarma suyu bitkilər tərəfindən qida maddələrinin mənimsənilməsi, üzvi maddələrin minerallaşması, torpaq minerallarının parçalanması, mikrobioloji proseslərin intensivliyi, çətin həll olan müxtəlif birləşmələrin həll olması, və bir çox fiziki-kimyəvi proseslər suvarma suyunun reaksiyasından çox asılıdır. Suvarma suyunun reaksiyası verilən gübrələrin səmərəliliyinə də təsir göstərir. Bütün bu səbəblərdən suvarma suyunda mühitinin reaksiyasını (PH-ı) təyin etməyin böyük əhəmiyyəti vardır. Suvarma suyunda mu hitin reaksiyası (PH -ı) necə olmasını bilmək u çu n aşag ıdakı qradasiyadan istifadə olunur (Cədvəl 4.2). Suvarma suyunda mühit reaksiyasını müəyyən etmək üçün bir neçə yerdən su nümunələri götürülür. Onlar qarışdırılaraq orta 200 qram su nümunəsi hazırlanır. Sonra həmin nümunə 100 qram olmaqla iki yerə bölünür və ph metrin (HANNA Hİ 221, Aztech) kranın altına qoyulur.
Reaksiya | PH |
|
Çox turş | 3-4 | |
Turş | 4-5 | |
Zəif turş | 5-6 | |
Neytral | 7 | |
Zəif qələvi | 7-8 | |
Qələvi | 8-9 | |
Çox qələvi | 9-10 |
Ümumiyyətlə, suvarma suyunda mühit reaksiyasının (PH-ı) neytral və suvarma suyunun temperaturunun 15-20°C olması məqsədə uyğundur.
Suvarma suyunun torpağa verilməsi, torpağın rütubətləndirilməsi və bitkinin su ilə təmin edilməsi aşağıdakı üsullarla yerinə yetirilə bilər:
Öz axını ilə suvarma üsulunda su açıq kanallar və ya boru kəmərləri ilə suvarılacaq sahəyə axıdılır (Şəkil 4.2). Buradan isə müvəqqəti açıq suvarma şəbəkəsi, sərt və elastiki borularla şırımlara, zolaqlara və ya xüsusi ləklərə verilərək torpağa hopdurulur.