Suvarma norması torpağın tipindən asılı olaraq 450-500 m3-dən 700-800 m3-ə qədər ola bilər. Respublikamız üçün (aran rayonlarında) yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin vegetasiya müddətində suvarma normaları aşağdakı kimidir (Cədvəl 4.1):
Bitkilər | Suvarmanın sayı | Hər dəfə su norması, |
Cəmi suvarma |
Səbzə tərəvəz bitkiləri və açıq şitilliklər | 3-5 | 150-200 | 450-1000 |
Orta və gec yetişən kələm | 10-15 | 400-450 | 400-6750 |
Payızlıq və faraş yazlıq ağbaş kələm,kök,çuğundur | 5-7 | 450-500 | 2000-3150 |
Misal: ağbaş kələm əkilən sahədə torpağın tarla rütubət tutumu 26%, həmin sahədə kələmin baş bağladığı dövürdə torpağın nəmliyi isə 15%-dir. Bu nəmliyin tam tarla rütubət tutumunun neçə faizini təşkil etdiyini və bununla da suvarmanın vaxtını təyin edək.
Hesablama nəticəsində müəyyən edildi ki, kələmin baş bağlama fazasında torpaqda olan nəmlik, tarla rürubət tutumunun 57,7%-ni təşkil edir və bu göstərici çox aşağıdır. Yəni həmin fazada kələm bitkisinə torpağın tarla rütubət tutumunun 75%-i qədər nəmlik lazımdır. Bu isə suvarmanın vacib olduğunu göstərir. Bundan sonra çatışmayan su norması, torpaqda olan su ehtiyyatını müəyyən etməklə tapılır. Bunun üçün aşağdakı düsturdan istifadə edilir:
Burada: M- su norması (m3/ha);
A - torpağın həcm kütləsi (qr/sm3 və ya t/ha); H - nəmləndiriləcək kök yayılan aktiv qatın hündürlüyü, (sm və ya m); B -torpağın tarla rütubət tutumu (%); B0 -torpağın suvarma qabağı nəmliyi (%).
Mnorma 100x 1,35 t/m3 x 0,3 m3 x (26-15) = 445,5 m3
Suvarma kanalları ilə suyun gəlməsi zamanı 10 %-ə qədər su itkisini (suyun kanaldan kənarlara sızması, torpaq məcralı arxlarda yerə hopması, suyun magistral kanallarla gəldiyi zaman buxarlanması və s.) nəzərə alınaraq yekun suvarma norması aşağıdakı kimi hesablanır: