Kahı, turpca, ispanaq və kələm torpaqdan çox su almaları, habelə suya yüksək səviyyədə tələbkarlığı ilə fərqlənir. Kələm sahəyə əkildikdən sonra 2-3 gündən bir suvarılmalıdır. Həmin dövürdə torpaqda nəmlik torpağın tam tarla rütubət tutumunun 70-75% olduqda güclü kök sistemi formalaşır. Sonrakı dövrdə kələm həftədə iki dəvə olmaqla 1 m2 sahəyə 10-12 litr su sərfilə suvarılır. Tez yetişən sortlar iyunda, gec yetişən sortlar isə iyulun sonu və avqustda (baş bağlayan dövürdə) intensiv suvarma tələb edir. Kələm suvarılan suyun temperaturu 202C olmalı və suvarma səhər və ya axşam həyata keçirilməlidir.. Çuğundur bitkisi intensiv böyümə dövründə 1 m2 sahəyə 12-15 litr olmaqla 7-10 gündən bir suvarılmalıdır. Kökmeyvəsi əmələ gəldiyi dövrdə 1 m2 sahəyə 20-25 litr su sərf edilir. Bu dövürdə çalışmaq lazımdır ki, torpağın 10-15 santimetrlik üst qatı nəm olsun. Ümumiyyətlə, kökümeyvəlilər kökmeyvəsi əmələ gətirdiyi dövürdə, kələm isə baş bağladığı dövürdə suya daha çox tələbkar olurlar. |
Yadda saxla! Kökü meyvəlilərin yetişməsinə 20 40 gün qalmış suvarmanın sayı azaldılır ki,
kökmeyvəsi şirin olsun. Lakin çox gec də suvarmaq olmaz. Bu halda kökmeyvə çatlayır və
əmtəəlik dəyəri aşağı düşür.
|
Yarpaqlı tərəvəz bitkiləri içərsində səbzə tərəvəz bitkiləri rütubətə çox tələbkardırlar. Onlar səpilən sahənin torpağın və havanın rütubəti 70-90% olmalıdır. Bunun üçün tez-tez, az su norması ilə (150-200 m2) suvarılmalıdır.
Nanə, tərxun və razyana (çoxillik tərəvəzlər) payızda kök sisteminin güclənməsi və toxum verməsi üçün, erkən yazda isə zoğ verməsi üçün suvarılır. Tərxun torpaq və havanın nisbi rütubətliyi 50-60% olduqda yüksək keyfiyyətli məhsul verir. Bunun üçün 7-8 dəfə suvarma həyata keçirilir. Razyana bitkisi 5-10 dəfə suvarılır.
Müxtəlif bitkilərinin suvarılmasının vaxtını müəyyən etmək üçün torpağın 10-15 santimetrlik üst qatının quruma dərəcəsi nəzərə alınmalıdır. Torpaqları su keçirməsinə görə isə üç qrupa bölmək olar: