Razyana bitkisinin yarpaqları hava quraqlığına, kökləri isə az rütubətli torpaqlara uyğunlaşmışdır.
Tərəvəz bitkilərinin suya tələbkarlığı onun inkişaf fazasından da çox asılıdır. Suya ən böyük tələbat onun toxumunun şişib cücərməsi fazasındadır. Bitki cavan cücərti və şitil dövründə rütubətə çox tələbkardır. Çünki kök sistemi torpağın tez quruyan üst 15-20 santimetrlik qatında yerləşir.
Tərəkimilər və kərəvizkimilər fəsiləsinə aid olanların, və çoxillik tərəvəz bitkilərinin suya tələbatı nisbətən azdır.
Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri torpağın rütubətinə münasibətinə görə isə 3 qrupa bölmək olar:
Bu qruplaşma nisbi xarakter daşıyır. Çünki əksər tərəvəz bitkiləri torpaqda rütubər torpağın tam tarla rütubət tutumunun 75-85%-i qədər olduqda yaxşı inkişaf edir.
Torpaq qatının saxlaya bildiyi suyun maksimum miqdarına tam tarla rütubət tutumu deyilir. Qumlu torpaqda onun çəkisinin 16-18%-i, qumsal torpaqlarda 22-24%, yüngül gillicələrdə 24-26%, orta gillicələrdə 29-31%, ağır gillicələrdə 33-35%,torflu torpaqlarda isə 70%-i qədər və daha çoxdur.
Suvarma vaxtına və məqsədinə görə aşağdakı şəkilində təsnifləşdirilir: