Qiymətləndirmə ölçüsü
1. Yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində aparılan əsas və səpinqabağı torpaq becərmələri haqqında məlumat əldə etdinizmi? 2. Yarpaqlı (və ya kökümeyvəli) tərəvəzlərə tətbiq edilən aqrotexniki qulluq işlərini müəyyənləşdirdinizmi? 3. Növbəli əkinlərin nümunəvi sxemlərini tərtib etdinizmi? 4. Sələf bitkiləri qiymətləndirdinizmi? 5. Təkrar səpinlər və əkinlərin istifadəsi ilə tanış oldunuzmu? 6. Rotasiya cədvəli tərtib etməyi bacarırsınızmı? 7. Getdiyiniz tərəvəz sahəsində yayılan alaq otlarını müəyyən etdinizmi? 8. Alaq otlarına qarşı hansı mübarizə tədbiri tətbiq etdiniz? 9. Herbisiddən istifadə etdinizmi? 10. Əldə etdiyiniz məlumatların qeydiyyatını apardınızmı? |
|