Yerkökü bitkisinin isə təpə tumurcuğu torpağın altında yerləşdiyindən və ilk vaxtlar yarpağı həm az, həm də çox dilimli olduğundan yarpağa və təpə tumurcuğuna herbsidlər az düşür. Əgər ilk yarpaq itirilərsə o, yenidən əmələ gələ bilir.
Yerkökü toxumları gec cücərir, ilk dövrlər bunlar ləng böyüyür. Nəticədə səpindən 1-1,5 ay keçənə qədər bu bitkilərin cəmi 2-3 yarpağı olur. Bu da imkan verir ki, həmin bitkilərdə kütləvi cücərməyə qədər 1-ci, cücərmədən sonra isə ikinci dəfə (2 yarpaq fazasına qədər) herbisid vurulsun (Fusilad Forte). Yerkökü əkinlərində traktor nefti və propazin tətbiq edilir.
Sərbəst iş üçün tapşırıqlar
|