- Xüsusiyyətləri - alaq otlarının tərkibinə gövdə və yarpaq vasitəsilə daxil olur.
Herbisidin səmərəsi
çiləməkdən bir gün sonra meydana çıxır, alaq otları isə 3həftə ərzində məhv olur.
- Üstünlüyü - məsarif norması artırıldıqda belə bitkilər üçün fitotoksiki(zəhərli)
deyil. Sürünən
ayrıq otunun kök sistemini məhv etdiyi üçün növbəti ildə ona qarşı mübarizə aparmaq lazım gəlmir.
- Təsir mexanizmi - preparat ağ sirkanın 4 həqiqi yarpağı əmələ gələnə qədər
sərfəlidir.
- Tətbiqi xüsusiyyətləri - tətbiq olnunduqdan sonra torpağı əhəngləməmək və yeni
əhənglənmiş torpaqlarda və təkrar tətbiqinə yol vermək olmaz.
Dual Qold - dənli və ikiləpəli alaq otlarını (qara pencər, orta cincilim, quşəppəyi,
çobanyastığı, bostan
pərpətöynü, kalışı) nəzarətdə saxlamaq üçün tətbiq edilən seçici herbisiddir. Alaqların toxumlarının
cücərməsini məhdudlaşdırır.
- Xüsusiyyətləri - təsiredici maddə (metolaxlor) ləpə yarpaqları vasitəsilə keçir və
onlar məhv
olur.
- Üstünlüyü - allaqlardan uzunmüddətli mühafizəni təmin edir- 10 həftə. Becərilən
bütün kənd
təsərrüfatı bitkilərinin becərilmə texnologiyasına yaxşı uyğun gəlir və bu zaman tətbiq edilməsinə
görə əsaslı əlavə xərc tələb etmir.
- Təsir mexanizmi - mətbəx çuğundurunun səpiləcək sahəsini səpinə qədər və ya
cücərtilər əmələ gələnə
qədər məsarif norması 1,6 l/ha olmaqla çilənir. Vegetasiya ərzində isə o,6-0,8 l/ha (çuğundurun 2
həqiqi yarpaq mərhələsindən sonra) 2 dəfə çiləmək lazımdır.
- Tətbiqi xüsusiyyətləri - tətbiq olnunduqdan sonra torpağı əhəngləməmək və yeni
əhənglənmiş
torpaqlarda və təkrar tətbiqinə yol vermək olmaz.
Fusilad Forte - çıxışdan sonra taxıllar fəsiləsinə aid olan alaqlara qarşı istifadə
olunan sistem təsirli
seçici xarakterli herbisiddir.
- Xüsusiyyətləri - tez bir zamanda bitkilərin tərkibinə keçir və ötürücü borular
vasitəsilə
kökümsovlara daxil olur, yeni zoğların əmələ gəlməsinə imkan vermir. Mədəni bitkilər üçün
fitotoksiki deyildir.
- Üstünlüyü - yüksək sürətli təsirə malikdir (alaq otlarının məhv olması əlamətləri
tətbiqindən 5-7
gün sonra görünür). Özündən sonra becərilən bitkilər üçün mənfi təsirə malik deyil. Çayırın
sıxclığından asılı olaraq hektara məsarif norması 1,5 litirdir.
- Təsir mexanizmi - mətbəx çuğunduru əkilən sahədə məsarif norması 0,75-1,0 l/ha,
ağbaş kələm,
yerkökü, cəfəri sahəsi üçün isə 0,75-2,0 l/ha-a çilənir.