- Başdan-başa (kütləvi) - təsir edən herbisidlər istifadə edildiyi ərazidə bütün bitkiləri
məhv edir. Ona görə, bu qrupa aid olan herbisidlər əkin üçün istifadə olunmayan
sahələrdə, bütün bitki örtüyünü məhv etmək üçün tətbiq edilir (Şəkil 3.38).
- Seçici (selektiv) - xarakterli herbisidlər ancaq bir qrup bitkilərə təsir etdiyinə görə,
əkin sahələrində həmin qrupa aid olan alaqları məhv etmək məqsədilə tətbiq olunur. Bu
zaman herbisidlər mədəni bitkilərə mənfi təsir etmir (Şəkil 3.39).
Səbzə tərəvəz becərilən sahələrdə vegetasiya dövründə herbisidlərdən istifadə edilmir. Bu
bitkiləri alaqlardan qorumaq üçün qabaqlayıcı tədbirlərdən və səpinqabağı torpaq
becərmələrindən istifadə edilir. Cücərtilər yeni əmələ gələn dövrdə, eləcə də kultivasiyadan
sonra cərgələrdə və bitkilərin dibində olan alaqlar əllə, alakeşlə, qismən toxa və bellə
məhv edilir.
|
Şəkil 3.38. Başdan-başa (kütləvi) təsir edən herbisidlər
Şəkil 3.39. Seçici (selektiv) təsir edən herbisidlər
|
Nisbətən geniş sahələrdə becərilən kələm və kökümeyvəli tərəvəz əkinlərində alaqlara qarşı kimyəvi
mübarizə üsulu daha çox tətbiq olunur.
Başdan-başa (kütləvi) təsir mexanizminə malik olan herbisid Uraqan Forte alaq otlarının fəal boyatma
dövründə preparatın məsarif norması 1,5-3,5 l/ha, işçi məhlulun məsarif norması isə 200-300 l/ha olmaqla
çilənir.
- Üstünlüyü - təsiredici maddəsi qlifosat (kalium duzu) olan herbisid ən çətin
alaqları (südotu,
ayrıqotu, çayır, sarmaşıq) məhv edir. Herbisid çilənmiş tarla daha az erroziyaya məruz qalır və daha
çox tutumuna malik olur.
- Təsir mexanizmi - preparat 2-3 saat ərzində bitkinin daxilinə keçir, alaqların məhv
olmasının vizual
(gözlə görünən) əlaməti 7-10 gündən sonra, tam məhv olmasına 2-3 həftədən sonra rast gəlinir.
- Tətbiqi xüsusiyyətləri - maksimum səmərə almaq üçün əlverişli hava şəraitində, alaq
otlarının fəal
vegetasiyisında – çoxillik alaqlar 4-5 yarpaq, 10-10 sm hündürlükdə; birillik dənli-taxıllar
fəsiləsindən olan alaqların yarpağı minimum (ən az) 5 sm olduqda tətbiq edilir.
Milaqro Ekstra - sistem təsirli yaxşılaşdırılmış yeni herbisiddir. Təsir edici maddəsi
nikosulfirondur.
Məsarif norması hektara 0,75 litrdir.