Alaq bitkilərinə qarşı mübarizə profilaktiki və qırıcı tədbirlər aparmaqla həyata keçirilir. Profilaktiki tədbirlər alaqların yayılmasının qarşısını alan karantin və qabaqlayıcı tədbirlərdən ibarətdir. Qırıcı tədbirlər isə aqrotexniki (mexaniki), fiziki, kimyəvi və bioloji üsullarla aparılır.
Qabaqlayıcı tədbirlər - alaq toxumlarının və digər yayılma vasitələrinin kənardan sahəyə daxil olmasının qarşısını almasıdır. Bu tədbirlər aşağdakılardır:
Alaq bitkilərinə qarşı tətbiq edilən aqrotexniki tədbirlər sisteminə; üzləmə və disk-ləmə, iki laylı dərin şum, arat, səpin qabağı və vegetasiya becərmələri, habelə növbəli əkinlərin tətbiqi daxil edilir (Şəkil 3.37). Alaq bitkilərinə qarşı fiziki mübarizədə onların yaşayış şəraitinin dəyişdirilməsi və həyat amillərindən məhrum edilməsi prinsipi əsas götürülür. Bu məqsədlə;- mulçalama, su ilə doydurma, elektromaqnit sahəsinin yaradılması və sair üsullardan istifadə olunur. Əkinçilikdə alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr herbisid (latınca-herbus-ot, tsido-məhv edirəm) adlanır. Bitkiləri məhv etmə xarakterinə görə herbisidlər başdan-başa (kütləvi) və seçici (selektiv) təsir edən olmaqla iki qrupa bölünürlər. |