Mulçalamamn altı əsas qaydası:
Respublikamızda mulçadan ən çox kökümeyvəli tərəvəz bitkilərinin və kələmin becərilməsində istifadə edilir. Səbzə tərəvəz bitkilərinin becərilməsində istifadə edilmir.
Qeyd: Ümumi qulluq işlərinə daxil olan suvarma, gübrələmə, xəstəlik və
zərərvericilərə qarşı
mübarizə tədbirləri gələcək təlim elementlərində öz əksini tapacaq.
3.4.3. Yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində yayılmış alaq otları və onlara qarşı
mübarizə tədbirləri (alaq şəkilləri aşağıda verin. )
Əkin sahələrində yayılmaqla onları zibilləyən və insanlar tərəfindən becərilməyən bitkilər
alaq adlanır.
Alaqlar kənd təsərrüfatına hərtərəfli və böyük ziyan vururlar. Alaqlar hesabına hər il dünyada istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 10-15% itirilir və məhsul istehsalına çəkilən xərc isə 30%-ə qədər artır. |