Onu da qeyd edək ki, yerkökü bitkisi becərilən torpağa küləşli peyin verildikdə, sahədə çoxillik kökümsov gövdəli alaqlar və yer çox bərk, daşlı-kəsəkli olduqda, kökün ucu zədələnir və kökmeyvəsi qeyri srandart formalaşır (Şəkil 3.24). Əgər yaz səpinlərində ikinci seyrəltmə gecikdirilərsə, götürülən bitkilər dəstə məhsulu kimi istifadə edilir. Yay səpinlərində cəmi 1-2 seyrəltmə olur və 2-ci seyrəltmədə yalnız xırda kökləri olan bitkilər çixarılır, iriləri isə payıza əsas standart məhsul üçün saxlanır. Cərgədə bitki arası 3-6 sm saxlanır.
Çuğundur bitkisində qulluq işləri kök bitkisində olduğu kimidir. Lakin çuğundurda һerbsidlərdən istifadə edilmir. Onu da qeyd edək ki, çuğunduru seyrəltməsiz beçərmək mümkündür. Bunun üçun iri və drojlanmış toxumlar seçilir və dəqiq səpən maşınlarla səpilir. Adi toxumlarla səpdikdə isə 2 dəfə seyrəltmə aparılır. Çuğundur yüksək aqrotexnikada һektardan 50-60 t, qabağcıl təsərrüfatlarda isə 60-90 t məһsul verir.
Turp bitkisinə tətbiq edilən əsas qulluq işləri cərgə arasında 1-2 dəfə kultivasiya çəkmək, alaqları əllə və toxa ilə 1-2 dəfə məhv etmək, 5-7 dəfə suvarmaqdan ibarətdir.
Turplar çox vaxt qışda saһədə saxlanılır. Bu zaman kökümeyvələr payızda yığılana nisbətən 10-20% artıq məhsul verir. Bunun üçün şaxtalar düşənə yaxın yarpaq kütləsi biçilir və kökümeyvələrin baş һissəsinə 5-7 sm qalınlıqda torpaq verilir.
Bu əməliyyatın böyük əhəmiyyəti vardır (Şəkil 3.25):