Q= 70 x 50 = 3500 sm2 = 0,35 m2
Qida sahəsinə uyğun olaraq bir hektarda (10 000 m2) bitki sıxlığı müəyyən olunur.Tərəvəz bitkilərinin normal inkişaf edib məhsul verməsi üçün toxumu səpdikdən və ya şitili əkdikdən sonra 20-dən artıq qulluq növü tətbiq olunur. Tətbiq olunan qulluq işlərinin sayı, qaydası bitkilərin növ və sortlarından, bölgənin iqlim-torpaq şəraitindən, bitkinin becərilməsində olan məqsəddən, açıq və örtülü sahə qurğularında becərmədən asılı olaraq dəqiqləşdirilir.
Ümumi qulluq işlərinə bitkilərin şaxtadan qorunması, suvarma, mulçalama, alaqlarla mübarizə, seyrəltmə, cərgə və bitki aralarında qaysağın dağıdılması və torpağın yumşaldılması, dibdoldurma, əlavə gübrələmə, yaşıl əməliyyatların aparılması, xəstəlik və zərərvericilərlə mübarizə və s. daxildir.
Qeyd edilən ümumi qulluq işlərindən yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinə suvarma, seyrəltmə, dibdoldurma, səbzə tərəvəzlərdə yarpaqların biçılməsi, alaqlarla mübarizə, torpağın yumşaldılması kimi əsas qulluq işləri tətbiq edilir.
Səbzə tərəvəz bitkilərindən keşniş və şüyüd cərgəarası 15-20 sm, və ya ləklərdə dağınıq üsulda hektara 15-25 kq toxum norması ilə səpilir. Hər iki bitki kökündən kəsməklə sеyrəltmək, kökündən kəsməklə başdan-başa yığmaq, һabеlə yarpağını yеrin sətһindən 2-3 dəfə biçməklə yığılır (Şəkil 3.21).