Tərəvəz bitkilərinin məhsuldarlığının artırılması, onlara normal qida sahəsi verməklə, sahədə düzgün yerləşdirməkdən asılıdır.
Tərəvəz bitkiləri, bioloji xüsusiyyətlərindən asılı olaraq qida sahəsinə müxtəlif tələbat göstərirlər. Hətta eyni bitkinin ayrı-ayrı sortları üçün müxtəlif qida sahəsi tələb olunur. Bundan başqa, torpağın münbitlik dərəcəsindən və tətbiq olunan aqrotexikadan asılı olaraq, bitkilər qida sahəsinə fərqli tələbat göstərirlər. Ona görə də, ərazinin torpaq tipindən və becərmə texnologiyasından asılı olaraq, bitkilərin normal qida sahəsi müəyyən edilməlidir.
Torpaq münbit olduqda vә suvarma şәraitindә qida saһәsi azaldılaraq bitkilәr daһa sıх әkilir. Səbzə bitkilər boyca çox xırda olmaqla əkində çox sıx yerləşir. Onların yarpaq qrupu tam inkişaf etdikdə əkinləri çəmənliyi andırır. Hektarda 3-5 mln. ədəd keşniş, şüyüd, acıtərə, səbzə soğan, 0,5-2 mln. turpca, ispanaq, kahı bitkisi olur (Şəkil 3.15). Birillik səbzə bitkilər Azərbaycan şəraitində çökək ləklərdə dağınıq səpilir (Şəkil 3.16). onu da qeyd edək ki, çökək ləklərdə səpin isti və quraq zonalarda həyata keçirilir. Bu, suya olan tələbatı qismən ödəyir, çünki təknə formasında olan çökək ləklər suyun başqa yerə getməsinə imkan vermir. Onun hamısı ləkdəki bitkilərə sərf olunur. Ləklərdə dağınıq səpin mexanikləşməyə az imkan verdiyi üçün düz səthdə həmin sıxlığa yaxınlaşmaq və müəyyən qədər mexanikləşmə tətbiq etmək üçün onları cərgəli şəklində səpirlər (Şəkil 3.17). |
c
Şəkil 3.17. Cərgəli səpin
|