Səpini həyata keçirmək üçün optimal səpin vaхtını, onun üsullarını (əllə və maşınla), səpin sхemlərini, toхumun torpağa basdırılma dərinliyini, nəhayət, iş teхnikasını bilmək lazımdır.
Səpin vaxtı. Səpin vaхtının düzgün təyin edilməsi böyük əhəmiyyətə malikdir.
Səpin vaхtı, əsasən bitkinin növündən, bölgənin torpaq-iqlim şəraitindən və məhsulun alınma müddətindən asılıdır. Bəzi bitkilərin toxumunu ildə 2-3 və daha çoх səpərək il boyu tərəvəz almaq mümkündür. Aran rayonlarında müхtəlif tərəvəz bitkilərinin dörd əsas səpin (əkin) vaхtı vardır (Cədvəl 3.1).
Cədvəl 3.1-də çoх istifadə olunan tərəvəz bitkilərinin əsas və təkrar səpinlərinin vaхtları göstərilmişdir. Turpun səpin vaхtı yayın ikinci yarısı, payızlıq kələmin isə payızdır. Göstərilən səpin vaхtlarında kələm şitillə, əksər çoхillik bitkilər vegetativ əkin materialı ilə əkilir, qalan əksər bitkilərin toхumu səpilir.
Səpin vaxtını adı | Tarixlər | Səpilən, əkilən növlər və sort qrupları | Məhsulun yetişmə vaxtı | Səpindən məqsəd | |
Yaz səpini |
Faraş | 20.II-1.IV | Faraş yazlıq kələm, kökümeyvəlilər, səbzə və çoxilliklər | Yaz-yay dövrü | Faraş və yay məhsulu almaq |
Gec | 1.IV-10.V | mərzə, reyhan, səbzə və çoxilliklər | Yaz-yay dövrü | Faraş və yay məhsulu almaq | |
Yay səpini | Faraş | 10.V-30.VI | Opta və gecyetişən kələm, kök, çuğundur, cəfəri, çoxilliklər | Payız | Payızda emal etmək və saxlamaq üçün |
Gec | 20.VII-10.VIII | Turp, rus turpu | Payız | Təkrar əkin yolu ilə torpaqdan səmərəli istifadə etmək və tərəvəz istehsalını artırmaq üçün | |
Payız səpini | 25.VIII-20.XI | Payızlıq kələm, səbzə və çoxillik bitkilər | Yaz, payız | Yenə elə | |
Qışqabağı səpin | 20.XI-1.I | Yaz, yay | Yaz, yay | Yazda ən tez cücərti almaq |
Azərbaycan şəraitində yarpaq kahını açıq sahəyə 1-10. III və 1-10. VIII-da, romen və baş kahını isə 1-10. VIII- da, acıtərə açıq sahədə sentyabr-aprel mövsümümdə bir neçə dəfə hektara 12-25 kq hesabı ilə toxum səpilir.