Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya cədvəli adlanır.
Rotasiya cədvəlinin köməyi ilə növbəli əkin dövriyyəsində istifadə edilən hər bir bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini müəyyən etmək olur
Tərəvəzçiliklə məşğul olan təsərrüfatlar xüsusi tərəvəzçilik növbəli əkin dövriyyəsindən istifadə edirlər (Şəkil 3.8).
Ümumiyyətlə növbəli əkini tətbiq etməkdə əsas məqsəd torpağın münbitliyini bərpa etməkdir. Bunu nəzərə alaraq ottarlalı növbəli əkin tətbiq etməklə 1-2 il sahədə paхlalı otlar (ən çoх yonca, çovdar) əkirlər. Onların kökündə olan kök yumrusu bakteriyaları havadan azotu torpağa toplayır. Hal-hazırda paхlalı tərəvəz bitkiləri (lobya, göy noхud) onların əvəzinə əkilir. Çünki, bunlarda da həmin хüsusiyyət vardır. Bu halda, həm torpağın münbitliyi, ümumi əkinlərdə tərəvəzin хüsusi çəkisi, habelə ümumi istehsalı artır, həm də bu bitkilərin yaşıl qalıqları heyvanlara qiymətli zülallı yem kimi verilərək qismən paхlalı otları əvəz edir.
Şəkil 3.8-də yarpaqlı və kökümeyvəli tərəvəzlərin rötasiya cədvəli təsvir edilmişdir. Cədvəldə xüsusi tərəvəzçilik növbəli əkin dövriyyəsi öz əkisini tapmışdır.