Alaq bitkilərinin kəsilməsi adətən torpağın çevrilməsi, qarışdırılması, yumşaldılması və s. prosesləri ilə eyni vaxtda yerinə yetirilir (Şəkil 3.4.).
Torpaq səthində bitki qalıqlarının saxlanması, eroziya prosesi baş verən ərazilərdə aparılan əsas becərmə üsuludur. Torpaq səthində saxlanılan bitki qalıqları xırda torpaq hissəciklərinin küləklə sovrulmasının və su ilə yuyulmasının qarşısını alır. Torpaq səthində bitki qalıqlarının saxlanılması xüsusi yastıkəsən alətlərdən istifadə etməklə yerinə yetirilir.
Tirələrin, ləklərin, şırımların, yuvaların və s. düzəldilməsi torpağın istilik və su rejimlərini nizamlamaq məqsədilə, təbii şəraitə uyğun olaraq aparılan xüsusi tədbirlər qrupuna aiddir.
Artıq nəmliyi olan torpaqlarda istiliyi və nəmliyi nizamlamaq məqsədilə tirələr, şırımlar, ləklər düzəldilir. Bəzi məlumatlara görə tirələrdə istilik, səthi hamar olan sahələrə nisbətən 2-3°S artıq olur. Nəmliyi az olan bölgələrdə, atmosfer çöküntülərinin torpaqda toplanmasını tə'min etmək üçün şırımlardan, yuvalardan və s. istifadə olunur. Nəmliyə daha çox tələbkar olan tərəvəz bitkilərinin əkini üçün ləklər düzəldilir.
Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və torpağın tipindən asılı olaraq, mikrorelyef yaratmaq üçün üzərinə xüsusi alətlər qoşulmuş kotanlardan, tirə və ləkdüzəldən, şırımaçan, yuvaaçan və s. alətlərdən istifadə edilir.
Torpağın səpinqabağı becərilməsi aşağıdakı əsas vəzifələri yerinə yetirir: