Praktik tapşırıq 2.2.-nin icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib
olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
- Əldə etdiyiniz toxum materialının təsərrüfat yararlılığını müəyyən etdinizmi?
- Səpin keyfiyyətinə uyğun olaraq toxumun hansı sinfə aid olduğu müəyyən etdinizmi?
- Faktiki təsərrüfat yararlılığına uyğun olaraq səpin normasını hesabladınızmı?
- Əldə olunan məlumatları qeyd etdinizmi?
|
|
|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Ana bitkidən ayrılmadan kökləndirilən bitkiyə basma deyilir.
Sual 2. Kök pöhrəsi əmələ gətirən bitkilər toxum vasitəsilə çoxaldılır.
Sual 3. Toxum tərəvəz istehsal etmək üçün yeganə vasitədir.
Sual 4. Standarta əsasən toxumun tərkibində 1% zibil qatışığı ola bilər.
Sual 5. Aşağı cücərmə qabiliyyəti olan toxumlar hermetik qablaşdırılanda gec
xarab olurlar.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Saxlanma temperaturu aşağı olduqca, saxlanan toxumların .................. bir o
qədər yüksək ola bilər.
Sual 7. Toxumların iriliyi və ölçüsü cücərməni və bitkilərin .................. təyin edir.
Sual 8. Ağır gillicəli torpaqlarda toxumlar nisbətən dayaz, yüngül-qumsal torpaqlarda isə
..................... səpilir.
Sual 9. Toxumlar öz diametrinin ...................... bərabərində dərinliyə səpilir.