Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
|
cəmləyin və 100 toxumun orta kütləsini tapın.
- 100 toxumun orta kütləsini 10-a vurmaqla 1000 ədəd toxumun kütləsini təyin edin.
|
Praktiki tapşırıq 2.1-i yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- İçərisində tərəvəz toxumlarının nümunəsi olan paketlər və ya qablar- hər növdən 3-4 ədəd.
- Texniki tərəzi, seçici lövhə, lupa, metal çubuq, bıçaq və ya pinset- hər birindən - 12-15 ədəd
- Toxumları cücərtmək üçün qab, şüşə lövhə, şüşə çubuq - su, tənzif, süzkəc kağızı, yuyulmuş
qum.
- Millimetrlərə bölünmüş xətkeş və ya millimetrlik ölçülü kağız lenti - 15 ədəd
- Qeydiyyat üçün kağız və qələm.
Praktik tapşırıq 2.1-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
- Tapşırığı yerinə yetirmək üçün tələb olunan vasitələri əldə etdinizmi?
- Yarpaqlı (və ya kökümeyvəli) tərəvəz toxumlarının keyfiyyət göstəricilərini təyin etmək
üçün toxum nümunəsi hazırladınızmı?
- Götürdüyünüz tərəvəz toxumunun təmizlik dərəcəsini təyin etdinizmi?
- Toxumları cücərməyə qoydunuzmu?
- Toxumun cücərmə qabiliyyətini müəyyən etdinizmi?
- Toxumun cücərmə enerjisini müəyyənləşdirdinizmi?
- Götürdüyünüz toxumları iriliyinə görə qruplaşdırdınızmı?
|
|