|
- Ümumi toxum nümunəsindən həmin zibil qarışığının miqdarını çıxın və alınan rəqəm təmiz
toxumun miqdarını ifadə edir;
- Sonra təmiz toxumun ümumi toxum nümunəsinə görə faizlə miqdarını tapın və bu toxumun
təmizlik dərəcəsini göstərir.
|
3. Tərəvəz toxumun cücərmə faizinin təyini |
- Cücərtmək üçün təmizliyi təyin edilmiş toxumdan iri toxumlu bitkilər üçün 50 ədəd, xırda
toxumlu bitkilər üçün isə 100 ədəd dörd təkrarda uyğun olaraq cəmi 200 və ya 400 ədəd
götürün.
- Toxumları cücərdilməyə qoyun. Cücərtmək üçün müxtəlif materiallardan istifadə edə
bilərsiniz.
- Cücərmənin gedişi hər növ üçün müəyyən edilmiş günlər ərzində, hər gün yoxlayaraq faizə
çevrin və xüsusi jurnalda qeyd edin.
- Axırıncı gün hesablanmış faizləri təkrarlar üzrə toplayın və həmin göstəricilər əsasında
orta cücərmə faizini müəyyən edin.
|
4. Toxumun ölçüsünün və iriliyinin müəyyən edilməsi |
- Toxumun ölçüsünü təyin etmək üçün millimetrlik ölçüləri olan kağız və ya xətkeşdən
istifadə edin.
- 5...10 ədəd toxumun en və uzunluğunu ölçün və orta hesabla toxumun ölçüsünü tapın.
- 1 qramda toxumun sayını müəyyən etmək üçün hər növ bitkinin toxumundan 1 q çəkib
sayın.
- Toxumların iriliyini 1 qramda olan toxumların sayına uyğun olaraq (məlum cədvəldən
istifadə edərək) müəyyənləşdirin.
|
5. 1000 ədəd toxumun kütləsinin təyini |
- Təmiz toxum nümunəsindən müəyyən miqdar toxum götürüb lövhənin üzərinə tökün və 4
bərabər hissəyə bölün.
- Hər hissədən seçmədən 100 ədəd toxum sayın.
- Hər bir 100 ədəd toxumu dəqiq tərəzidə (elektron və ya analitik) çəkin və kütləsini
tapıb 4 nümunə üzrə aldığınız çəkiləri
|