Cücərtilərin, habelə şitillərin хəstəlik və zərərvericilərinə qarşı mübarizə vacibdir. Şitillərin ən çox sirayətləndiyi (yoluxduğu) xəstəlik qara ayaq xəstəliyi, ən çox zərər vuran zərərverici isə danadişidir.
Qara ayaq. Ağbaş və gül kələm, şalğam, kolrabi, turp və bir sıra başqa bitkilər yoluxurlar. Bu xəstəliyə şitillərin çürüməsi də deyilir (Şəkil 2.32). Yoluxmuş bitkinin gövdəsi kök boğazından nazilir və qaralır. Bitkilər əyilir, düşür və soluxurlar. Sonra kök boğazı çürüyür. Sirayətlənmiş bitkilərin kök sistemi zəif inkişaf edir, ikinci və üçüncü sıra köklər məhv olur, şitil torpaqdan asanlıqla çıxarılır.
Qara ayaq və ya şitillərin çürüməsi xəstəliyini bir sıra göbələklər törədirlər. Onlardan başlıcası Olridium brassicae Wor., Rhizoctonia solani kuch və başqalarıdır. Nadir hallarda bu xəstəliyin əmələ gəlməsində bakteriyalar da iştirak edirlər. Daha yaşlı şitilləri əsasən Rhizoctonia solani yoluxur. Göbələk torpağın 12-15 sm dərinliyində uzun illər qala bilir. Qara ayaq xəstəliyinin törədicisinin hamısı torpaq göbələkləridir. Bu xəstəliyin inkişafına torpağın turşuluğu və yüksək rütubəti, əkinlərin sıxlığı, düzgün qidalanmanın olmaması nəticəsində bitkilərin zəifləməsi və s. əlverişli şərait yaradır.
Mübarizə tədbirləri