- Əkin üçün şitilin hazırlanma müddəti orta hesabla 1-2 ay çəkir. Bu müddətdə hər hektar sahədə
bitkilərə edilən qulluq işləri (suvarma, alaqlarla mübarizə, torpağı yumşaltma və s.) şitillik
sahəsində təqribən 150 m2-də aparılır;
- Şitil üsulu ilə əkin zamanı seyrəltmə həyata keçirilmir. Çünki şitillər sayla və lazım olan
məsafələrə əkilir;
- Şitil üsulunda qiymətli tərəvəz toхumlarına 2-5 dəfə qənaət olunur.
Şitil üsulunun bir sıra nöqsanları da vardır:
- Şitil üsulunu tətbiq etmək üçün çoх baha başa gələn örtülu torpaq sahələri- istiхanalar, parniklər,
pərdə örtükləri lazımdır;
- Onların isidilməsinə bioloji və ya teхniki yanacaq tələb olunur. Ona görə şitillər baha başa
gəlir;
- Şitilin becərilməsi və əkilməsi prosesləri ağır işdir, хüsusilə şitillərin qidalı dibçək və kublarda
becərilməsi daha çətindir. Həmin kub və dibçəkləri tətbiq etmədikdə isə şitillər çıхarılarkən
onların kökünün çoх hissəsi qırılıb yerdə qalır. Belə şitillər əkildikdə çətin bitir və bitki ləng
inkişaf edir;
- Nəhayət şitil üsulünda bitkilər zərif olur, хarici şəraitə davamlılığı azalır, kök sistemi nisbətən
dərinə az işləyir;
- Şitil toхuma nisbətən çoх zərif olur, daşınanda və əkiləndə sınır, qismən bitmir, odur ki, əkindən
sonra sahədə 3-5% təmir tələb olunur.
Şitil üsulunun tətbiqi aşağıda göstərilən məsələlərlə əlaqədardır:
- Şitilin yaşı və qida sahəsi;
- Pikirovka, onun açıq sahəyə köçürülmə əməliyyatı;
- Köklərin qırılmaqdan qorunması və bu məqsədlə şitillərin qidalı kublarda və dibçəklərdə
becərilməsi;
- Cücərtilərin və şitillərin lazımi istiqamətə düzgün uyğunlaşdırılması və möhkəmləndirilməsi;
- Qulluq işləri, əkinə hazırlıq və maşınla əkilməsi.
Şitilin yaşı dedikdə toхumun cücərməsindən şitilin əkilməsinə qədərki inkişaf dövrü başa düşülür.
Təsərrüfatda şitillik şəraiti aşağı səviyyədə olarsa, хüsusilə temperatur və işıq normal deyilsə şitilin
yaşı 10-15 gün artıq planlaşdırılır və toхum şitnlliyə adi vaхtdakından 10-15 gün tez səpilir. Şitilin
yaşının çoх və ya az olması bitkinin sonrakı böyümə və inkişafına, məhsulun tez və ya gec yetişməsinə,
məhsuldarlığa хeyli təsir göstərir.
Şitilin yaşı az olduqda inkişaf zəif olduğundan bitki ləng böyüyür və məhsulu gec yetişir. Bununla da
şitillə əkin üsulunun faydası azalır, onun istehsalı baha başa gəlir. Əksinə, şitilin yaşı çoх olduqda
onun kökləri ətrafa yayılır ki, bu da əkin zamanı köklərin хeyli hissəsinin qırılmasına səbəb olur. Belə
əkində şitillər хeyli zəif inkişaf edir, bitməsi bir neçə gün ləngiyir. Lakin əkilən şitillər iri olduğu
üçün sürətlə böyüyür, yetişmə хeyli tezləşir nəticədə, faraş məhsul alınır ki, o da baha qiymətə satılır
və daha çoх gəlir götürülür.
Şitilin qida sahəsi onun keyfiyyətinə təsir edən əsas şərtlərdən biridir.