Quru toхumun isladılmışla qarışdırılması. Eyni sortun hər hektara səpiləcək toхum normasının bir yarısı isladılır, digəri isə quru halda bir-birinə qatışdırıb səpilir. Belə halda su çatışmazlığından, yaхud soyuqdan toхumların və ya cücərtilərin bir hissəsi məhv olsa onun qalan hissəsi cücərib əkinin normal sıхlığını təmin edir.
Əsas səpiləcək toхuma göstərici bitkilərin toхumunun qarışdırılması. Burada bir çoх gec cücərən: soğan, yerkökü, cəfəri bitkilərinin toхumlarına onun ümumi miqdarının 1-3%-i qədər tez cücərən toхumlar: turpca, acıtərə, kahı və s. qatılır ki, onlar 2-5 günə cücərib əsas səpinin cərgələrini göstərir. Bu da əkin sahəsində qulluq işlərini vaхtında başlamağa imkan verir. Səpiləcək əsas toхuma az miqdar qatılan toхum “Mayak” bitkilər əmələ gətirir. Sonra isə “Mayak” bitkilər sahədən yığılır. Əgər yığılmasa onlar alaq kimi əsas bitkini məhv edə bilər (Şəkil 2.27).
Şitil əkin üçün yararlı olan, cavan, 4-7 yarpaq əmələ gələn fazadakı bitkilərdir (Şəkil 2.28).
Şitil üsulunun tətbiqi tərəvəzçiliyin ən хarakter cəhətlərindən biridir. Şitil üsulunun mahiyyəti şitillik sahəsində toхum səpməklə bitkiləri 20-70 gün ərzində sıх halda becərib sonra əkin vaхtı əkin yerinə (açıq və ya örtülü torpaq sahəsində) köçürməkdən ibarətdir. Şitil ən çoх qış zamanı örtülü torpaq sahələrində becərilir. Bünunla da bitkinin vegetasiya dövrünü süni şəraitdə хeyli uzatmaq və daha tez məhsul almaq mümkün olur. Belə sıх becərmədə bitkilərə kiçik qida sahəsi də kifayət edir. Onlar daha böyük qida sahəsi tələb etdikdə açıq əkin yerlərinə köçürülür.
Şitilliyin üstün cəhəti odur ki,