Bu zaman içi boş, xırda toxumlar məhlulun səthində toplanacaq, dolğun toxumlar isə dibə çökəcək. Duz məhlulunda toxumların seçilməsi həm də onların səthində olan bəzi xəstəlik törədicilərinə (bakteriya və göbələklər) qarşı mübarizə əhəmiyyəti daşıyır.
İkinci əhəmiyyətli tədbir toxumların səthində olan xəstəlik və zərərverici törədicilərinə qarşı onların termik (istilikdə) emalıdır. Məlumdur ki, toxumlar uzun müddət anbarlarda saxlanılır. Bu əməliyyat həm də toxumların qızışması və tez cücərməsi üçün əhəmiyyətlidir. Seçilmiş və islanmış toxumlar əvvəlcə 25-350C temperaturda 24 saat ərzində havada qurudulur. Sonra termostatda 50-550C temperaturda 3 saat ərzində qızdırılır. Bunun üçün termostatın deşikli metal tərəcəsi üzərinə yanmağa davamlı kağız qoyulur və toxumlar nazik sərilir. Qızdırma müddətində toxumlar 2-3 dəfə qarışdırılır və temperatura nəzarət edilir. Həmçinin, toxumlar isti suda da qızdırıla bilər. Bunun üçün pomidor toxumları 50-550C isti suda 5-10 dəqiqə, badımcan və bibər toxumları 500C isti suda 25-30 dəqiqə, xiyar toxumları isə 42-450C isti suda 20 dəqiqə ərzində qızdırılır. Sonra toxum soyudulur və qurudulur. Əgər toxumun səthində xəstəlik və zərərverici törədiciləri yoxdursa, həmin toxumlar demək olar ki, qızmır. Lakin ehtiyat məqsədilə toxumların xəstəlik və zərərvericilərə qarşı səpin qabağı dərmanlanması məqsədə uyğun hesab edilir.
Üçüncü məqsədəuyğun fəaliyyət seçilmiş toxumların xəstəlik və zərərverici törədicilərinə qarşı marqanslı suda dezinfeksiyası (Şəkil 2.7). Bunun üçün 1-2%-li marqanslı məhlul hazırlanır. Burada 1-2 qram marqans (kalium permanqanat) götürülür 100 ml suda həll edilir. Toxumlar hazırlanmış məhlulda 20 dəqiqə saxlanılır. Bəzən marqanslı suya salınmış xiyar, pomidor və bibərin toxumları rəngini dəyişərək qəhvəyi rəng alırlar. Bu hal həmin toxumların səthində olan xəstəlik törədicilərinin (bakteriya, göbələk) məhv olmasının əlamətidir.
Şəkil 2.7. Toxumların marqanslı suda dizinfeksiyası